“Rusiya hər hansı sülh təşəbbüsünü, o cümlədən ABŞ tərəfindən irəli sürülən ilkin 28 maddəlik planı rədd etməyə davam edir”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (Institute for the Study of War – ISW) tərəfindən yayımlanan son hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, ABŞ-nin planı Moskvanın uzun müddətdir irəli sürdüyü tələblərə, yəni Ukrayna dövlətçiliyinin zəiflədilməsi və NATO-nun təsirinin azaldılmasına cavab vermir.
Qeyd edilib k, Rusiya Prezidenti Vladimir Putin ciddi danışıqlara maraq göstərmir və Ukraynanın faktiki təslimini nəzərdə tutmayan hər hansı sülh planını qəbul etməsi çox ehtimal olunmur. Hesabatda əlavə olunur ki, Moskva yalnız öz strateji maraqlarına tam cavab verən və Ukraynanın tam təslimini nəzərdə tutan planları qəbul etməyə hazırdır.
ISW ekspertləri hesab edir ki, bu mövqe Ukrayna ilə Rusiya arasında danışıqların yaxın gələcəkdə çətinləşəcəyini göstərir və sülh prosesinin yalnız böyük kompromislər və ya gərgin diplomatik təzyiqlər vasitəsilə irəliləyə biləcəyini göstərir.











