Sahibkar obyektini niyə sənədləşdirə bilmir?  – VİDEO

Sahibkar obyektini niyə sənədləşdirə bilmir? – VİDEO

Gəncə sakini Muhiddin Əliyev şəhər ərazisində xırda ticarətlə məşğul olmaq məqsədilə obyekt aldığını, lakin sənədləşmə prosesində ciddi çətinliklərlə qarşılaşdığını bildirir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, müraciət etdiyi qurumlar sənədlərin rəsmiləşdirilməsi ilə bağlı müsbət cavab vermir.

Vətəndaş iddia edir ki, bütün tələb olunan sənədləri təqdim etsə də, proses uzadılır və ona obyektlə bağlı rəsmi razılıq verilmir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti mövqeyini açıqlayaraq vətəndaşın iddialarını “tam əsassız” adlandırıb.