“Saray” MTK tərəfindən tikilən 72 və 73 saylı binaların sakinləri ciddi narazılıq edirlər.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, iki bina arasındakı boşluq səbəbindən soyuq hava mənzillərə daxil olur və kombi sistemi ilə qızdırma işlədilsə də, evlər kifayət qədər isinmir.
Digər binalarda isə oxşar boşluqlar metal dəmir ara kəsmələrlə bağlandığı üçün istilik itkisi yaranmır və mənzillər normal qızdırılır.
Sakinlər bildirirlər ki, “72-73 saylı binalarda da eyni tədbirin görülməsini tələb edirik”.
Problemlə bağlı binanın komendantına müraciət olunub, lakin məsələ həll olunmayıb, faktiki olaraq boyun qaçırıb. Sakinlər tikinti normalarına uyğun qiymətləndirmə aparılmasını, bu arakəsmənin bağlanılmasını tələb edirlər.
Videonu təqdim edirik:
Aliyə












