SƏHƏR buraxılışı: Paytaxt yollarındakı son vəziyyət

SƏHƏR buraxılışı: Paytaxt yollarındakı son vəziyyət

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.

Bu barədə NOCOMMENT mərkəzdən bildirilib.

Hazırda bu küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər, əsas və kənar yol;

3. Binəqədi şosesində – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

5. Yusif Səfərov küçəsində – Heydər Əliyev Mərkəzinin qarşısında tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində;

6. Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı ASAN Xidmət mərkəzinin qarşısına qədər, kənar və əsas yolda;

7. Koroğlu Rəhimov küçəsində – Ak.Həsən Əliyev küçəsi istiqamətində.