Bakıda baş verən dəhşətli qəzanın görüntüləri anbaan avtomobildəki kameraya qeyd olunub.
NOCOMMENT avtosfer.az-a istinadən xəbər verir ki, “Nissan Altima” avtomobilinin sürücüsü aprelin 16-da, paytaxtın Rəşid Behbudov küçəsində ötmə və manevr qaydalarını kobud şəkildə pozaraq hərəkət edib.
O, Salatın Əsgərova küçəsi ilə kəsişmədə svetoforun qırmızı işığında yüksək sürətlə hərəkətinə davam etmək istəyərkən yolayrıcında ağır qəzaya səbəb olub. Belə ki, “Nissan”ın sürücüsü yaşıl işıqda hərəkət edən “Uber” şirkətinə məxsus “Toyota” markalı avtomobillə toqquşaraq səkiyə çırpılıb.
Həmin hadisənin videosunu təqdim edirik:












