Şəhid anası şikayətlənir – “Prezidentə müraciətləri çatdırılmır” – VİDEO

Şəhid anası şikayətlənir – “Prezidentə müraciətləri çatdırılmır” – VİDEO

Şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanova Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, şəhid anası artıq beş ildir Prezidentə məktub və teleqramlar göndərdiyini, lakin indiyədək ünvanladığı müraciətlərin Prezidentə çatdırılmadığını bildirir.

Mehriban Abdurahmanova qeyd edir ki, vəzifədə olan bəzi məmurlar onun məktub və teleqramlarını aidiyyəti üzrə ötürmür, nəticədə müraciətlər cavabsız qalır.

Şəhid anası bu məsələnin araşdırılmasını və müraciətlərinin birbaşa Prezidentə çatdırılmasını xahiş edir.