Nərimanov rayonunda şəhid anası vəfat edib.
NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov bələdiyyəsindən verilən məlumata görə, bu gün rayon ərazisində yaşayan I Qarabağ müharibəsində şəhid olmuş Elşad Məmmədovun anası Məryəm Məhəmməd qızı Məmmədova xəstəlik səbəbindən dünyasını dəyişib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin şəxsi tapşırığı və dəstəyi, habelə Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə şəhid anasının dəfn prosesi həyata keçirilib.
“Dədə Qorqud” qəbiristanlığında həyata keçirilən dəfn mərasimində şəhid anasının yaxınları çıxış edərək, Məryəm Məmmədovanın şəhid anası olaraq həmişə dövlətin diqqət və qayğısını öz üzərində hiss etdiyini bildiriblər.
Mərasimdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrinə göstərdiyi qayğı və diqqətdən, o cümlədən şəhid ailələrinin məişət qayğılarının həlli istiqmətində atılan addımlardan danışaraq Nərimanov rayonunda bu ənənənin də daim davam etdirildiyini qeyd edib.












