Şəhid gizirin son arzusu yerinə yetirildi

Şəhid gizirin son arzusu yerinə yetirildi

Sosial şəbəkələrdə uşaqlıq dostu Elvin Heydərovla danışarkən videosu yayılan şəhid gizir Nəcməddin Quliyevin son arzusu reallaşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, AAYDA-nin rəhbərliyi tərəfindən Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-ə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verilib.

MMC tərəfindən bir-neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər olunaraq asfaltlanma işləri icra olunaraq yekunlaşdırılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!