Səhiyyə Nazirliyi: Bakıda partlayış zamanı onlarla insan xəsarət alıb

Səhiyyə Nazirliyi: Bakıda partlayış zamanı onlarla insan xəsarət alıb

Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.

NOCOMMENT.az xəbər verir ki, təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib.

Qeyd edək ki, Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.