Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.
NOCOMMENT xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu proses sentyabrın 5-8-də gözlənilir: “Xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcəyə qədər aşağı enəcək. Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir”.












