“Sirab”ın qazı niyə yoxa çıxıb?

“Sirab”ın qazı niyə yoxa çıxıb?

Üzərinə qazlı olduğu yazılan “Sirab” sularının tərkibinin qazsız çıxması barədə şikayətlər var.

NOCOMMENT.az xəbər verir ki, jurnalist Məğrur Əli Polad paylaşım edib.

O bildirib ki, mağazaların birindən 0,5 l qazlı su alıb, lakin qazsız çıxıb:

“İlk dəfə idi belə bir halla qarşılaşırdım. Fikir vermədim, düşündüm ki, bəlkə də, yanılıram. Amma bu gün eyni hal təkrarlandı: həmin marketdən “qazlı su” adı ilə aldım, qazsız çıxdı. Hətta dadı da həmişəki deyildi. “Sirab” da sex suyu oldu?”

Pravda.az məsələ ilə bağlı “Sirab” ASC-yə sorğu ünvanlansa da, heç bir mövqe bildirilməyib.