Oğuzdakı meşə yanğını söndürüldü – YENİLƏNDİ

Oğuzdakı meşə yanğını söndürüldü – YENİLƏNDİ

Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında 3 ha sahədə kol-kos və ayrı-ayrı yerlərdə müxtəlif növ meyvə ağacları yanıb.

“NOCOMMENT” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

16:10

Oğuz rayonunda meşəlik ərazidə yanğın başlayıb.​

“NOCOMMENT”in ​”Report”a istinadən məlumatına görə, yanğın bu gün günorta saatlarında rayonun Xaçmaz-Qışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib.​

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 texnikası və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın hələ də davam edir.