Sumqayıtda qəzada ölən şəxs polis rəisi imiş

Sumqayıtda qəzada ölən şəxs polis rəisi imiş

Xəbər verdiyimiz kimi, dünən saat 20 radələrində Sumqayıt şəhəri ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

NOCOMMENT xəbər verir ki, şəhər sakini T.Məmmədov idarə etdiyi “Chevrolet Camaro” avtomobili ilə dənizkənarı küçədə yolu keçən həmyerlisi Çingiz Alxanlını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Məlum olub ki, ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir. O, “FİKA MONTİNO” brendinin yaradıcısı – Fikrət Allahverdiyevin qudası olub.