Tanınmış dilçi alim koronavirusdan vəfat edib

Tanınmış dilçi alim koronavirusdan vəfat edib

Tanınmış dilçi alim, AMEA Nəsimi adına Dilçilik İnstitutu Toponimiya sektorunun müdiri, professor Qara Məşədiyev 82 yaşında vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə AMEA-nın əməkdaşı Təranə Şükürlü feysbuk hesabında məlumat verib.

Bildirilib ki, professor koronavirus səbəbindən dünyasını dəyişib.