Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin məsul şəxslərinə
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası vətəndaşı, Qədirli Şəfəq Qədir qızı tərəfindən sosial şəbəkədə MÜRACİƏT olunub:
Hörmətli cənab nazir, hörmətli xidmət nümayəndələri,
Bildirmək istəyirəm ki, bir neçə gün əvvəl şəxsi sosial şəbəkə hesabımda cəmiyyətdə Hacı Şahin kimi tanınan ilahiyyatçı Həsənli Şahin Hüseyn oğlunun psixoloji mövzuda səsləndirdiyi fikirlərin psixologiya elmi ilə ziddiyyət təşkil etdiyinə dair fikirlərimi video formatında paylaşmışam.
Həmin videodan sonra bir sıra radikal dini təmayüllü şəxslər tərəfindən sosial şəbəkə hesablarım vasitəsilə ünvanıma çoxsaylı təhqirlər, şantaj xarakterli yazılar və birbaşa fiziki təhlükə ehtimalı yaradan təhdidlər daxil olmağa başlamışdır. Bu təhdidlər mənim ifadə azadlığımı məhdudlaşdırmağa yönəlmiş və şəxsi təhlükəsizliyim üçün real risk yaratmışdır.
Yaranmış vəziyyətlə bağlı həyat və sağlamlığım üçün təhlükə ehtimalının qiymətləndirilməsi, şantaj və təhdid xarakterli yazışmaların araşdırılması, həmçinin məsul şəxslərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirəm.












