Tolik hərbçiləri təhqir etdi: MAXE dövlətin kəbinli arvadıdır

Tolik hərbçiləri təhqir etdi: MAXE dövlətin kəbinli arvadıdır

Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib.

NOCOMMENT xəbər verir ki, “Tiktok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zaman MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur:

“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.