Toy STATİSTİKASI: Daha bir nəfər cərimələnib

Toy STATİSTİKASI: Daha bir nəfər cərimələnib

Ötən gün toylara görə 1 nəfər cərimələnib, 7 nəfər şənliyə buraxılmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, fevral 7-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 7 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.