Toy STATİSTİKASI: Yüzlərlə insan şənliyə buraxılmayıb

Toy STATİSTİKASI: Yüzlərlə insan şənliyə buraxılmayıb

Noyabrın 16-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, monitorinq 65 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 211 nəfər COViD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.