Ucarda baş verən yol qəzasında xəsarət alanların sayı on nəfərə çatıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur.
Bunlar – “Mercedes”in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, “Toyota”nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri – 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazağıstan vətəndaşları – 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır.
Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.












