Universitetdən çıxandan sonra itkin düşüb – Polis Lamiyəni axtarır

Universitetdən çıxandan sonra itkin düşüb – Polis Lamiyəni axtarır

Abşeronda itkin düşən gənc qız axtarılır.

NOCOMMENT-in qafqazinfo-ya istinadən məlumatına görə, Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-də ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

21 yaşlı Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.