Naxçıvan Ali Məclisinin bu gün keçirilən iclasında yalnız sədr və deputatlar iştirak edirlər.
NOCOMMENT xəbər verir ki, bu barədə naxçıvanlı jurnalist Məhəmmədəli Qəribli özünün fesybuk səhifəsində məlumat paylaşıb. Onun bildirdiyinə görə, iclasa Muxtar Respublikanın digər məsul şəxsləri dəvət olunmayıblar.
Ali Məclisin iclasının keçirilməsi əvvəlcədən planlaşdırılmayıb, bu gün səhər saatlarında sədr Vasif Talıbov təcili toplantı keçirmək qərarına gəlib və bu barədə deputatlara məlumat verilib.
Hazırda davam edən iclasın konkret gündəliyi müəyyən edilməyib, müzakirələrin son vaxtlar Naxçıvan ətrafında baş verən hadisələrlə bağlı olduğu bildirilir.












