Vəfat edən Ali Məhkəmə sədrinin yerinə o təyin edildi

Vəfat edən Ali Məhkəmə sədrinin yerinə o təyin edildi

Rusiya Ali Məhkəməsinin sədr müavini Yuri İvanenko sədrlik edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya Federasiyası Ali Məhkəməsi Rəyasət Heyətinin 22 iyul 2025-ci il tarixli qərarı ilə Ali Məhkəmənin sədrinin vəzifələri Rusiya Federasiyası Ali Məhkəməsi sədrinin müavini – Ali Məhkəmə Kollegiyasının Məhkəmə Kollegiyasının sədri Yuri Qriqoryeviç İvanenkoya həvalə edilib”, – məlumatda üeyd olunub.

Xatırladaq ki, Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İrina Podnosova ağır xəstəlikdən sonra iyulun 22-də vəfat edib.