Vətəndaşlar qanunsuz saxlanılan odlu silahları polisə təhvil verdilər

Vətəndaşlar qanunsuz saxlanılan odlu silahları polisə təhvil verdilər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 23-də polis əməkdaşları vətəndaşlardan paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 13 tüfəng, 1 qumbara, 4 patron darağı və 145 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.