Sərkisyanın 1.7 milyon dollarlıq əmlakı müsadirə edildi

Sərkisyanın 1.7 milyon dollarlıq əmlakı müsadirə edildi

Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun ölkənin sabiq prezidenti Serj Sarqsyan və onunla əlaqəli şəxslərə məxsus qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə olunması tələbi ilə qaldırdığı iddianı qismən təmin edib.

NOCOMMENT.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, məhkəmənin qərarı 2026-cı il iyulun 3-də qəbul edilib.

Qərar qanuni qüvvəyə mindikdən sonra Ermənistanın dövlətinin xeyrinə təxminən 630 milyon dram (təqribən 1.7 milyon dollar) müsadirə ediləcək.\\oxu.az