Milli Məclis Ukrayna ilə imzalanmış müqaviləni ratifikasiya edəcək

Milli Məclis Ukrayna ilə imzalanmış müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycan və Ukrayna arasında hüquqi yardımla bağlı imzalanmış müqaviləni ratifikasiya edəcək.

NOCOMMENT.az xəbər verir ki, sözügedən məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilib.

Müzakirələrdən sonra "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə"nin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.