Xalq artisti əvvəl xərçəng, sonra Hepatit C olduğunu öyrəndi

Xalq artisti əvvəl xərçəng, sonra Hepatit C olduğunu öyrəndi

Xalq artisti Zabit Nəbizadə onkoloji xəstəlikdən əziyyət çəkir.

NOCOMMENT.az xəbər verir ki, bu haqda “Nanəli” proqramında bildirilib. Qeyd edilib ki, ayağında yara əmələ gələn xanəndəyə xərçəng diaqnozu qoyulub.

“Ağrılara dözdüm. 4 ay kimyaterapiya aldım. İki dəfə əməliyyat keçirdim. İkinci qrup əlil olmuşam. Ölümdən qorxmurdum, bezmişdim yaşamaqdan, inamsızlıqdan. Sonuncu dəfə dedim getmirəm əməliyyata. İki il sonra bilindi ki, onurğamda yırtıq olub. 2005-ci ildə İran konsertinə hazırlaşanda Hepatit C olduğumu öyrəndim. Bir iynəyə 300 dollar verirdim. Onu vurdular, saçlarım töküldü” deyə, xanəndə söyləyib./Axşam.az