Xaricdə 5 manata satılan pambığı fermerlərdən 68 qəpiyə alırlar

Xaricdə 5 manata satılan pambığı fermerlərdən 68 qəpiyə alırlar

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 45 min 343 ton pambıq lifi ixrac edib.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, xaricə satılan pambıq lifinin gömrük dəyəri 103 milyon 778,6 min dollar olub.

Rəqəmlərdən də göründüyü kimi xaricə satılan pambığın 1 kiloqramının gömrük dəyəri 2,28 dollar (3,87 manat) təşkil edib.

Məlumat üçün qeyd edək ki, hazırda dünya bazarlarında pambığın 1 kiloqramının orta satış qiyməti 3,17 dollara (5,4 manat) bərabərdir.

Azərbaycanda isə 1-ci növ pambığın hər kiloqramı fermerlərdən 68 qəpiyə (0,41 dollar) satın alınır.

Son 6 ildə 1 kq pambığın dünya bazarıdakı orta qiyməti, fermerlərdən alış qiyməti və ixrac olunan pambığı orta gömrük dəyəri aşağıdakı kimi olub:

İllər Fermerlərdən
alış qiyməti
Gömrük
dəyəri
Dünya bazarında
 orta qiymət
2017 0,29 $ 1,37$ 1,62 $
2018 0,35 $ 1,48 $ 1,82 $
2019 0,38 $ 1,38 $ 1,48 $
2020 0,38 $ 1,34 $ 1,40 $
2021 0,41 $ 1,66 $ 2,10 $
2022, yanvar-may 0,41 $ 2,28 $ 3,17 $