Xətai rayonunun bir hissəsində qaz olmayacaq

Xətai rayonunun bir hissəsində qaz olmayacaq

Sabah paytaxtın Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, “Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, Gəncə prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 15.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.