Xırdalanda külək məktəbin damını uçurdu – VİDEO

Xırdalanda külək məktəbin damını uçurdu – VİDEO

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damı uçub.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdfə görüntülər yayılıb.

Videoda məktəbin damının güclü külək səbəbindən uçması əks olunub.

Hadisə ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: “Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq. Təhlükəsizlik tədbirdləri ilə əlaqədar olaraq məktəbdə tədris dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən dərslərin başlama tarixi barədə qərar veriləcək. Buraxılmış proqram materiallarının tədrisi isə əlavə dərs saatları və onlayn dərslər hesabına təmin ediləcək”.