Yanan ikimərtəbəli ev keçmiş deputata məxsus imiş – FOTO

Yanan ikimərtəbəli ev keçmiş deputata məxsus imiş – FOTO

Dünən günorta saatlarında Şəmkirdə yanan ikimərtəbəli evin keçmiş deputat Sona Əliyevaya məxsus olması üzə çıxıb.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, yanan ev vətəndaş Süleymanov Fuad Taptıq oğlunun adına olsa da, S.Əliyevaya məxsusdur. Belə ki, F.Süleymanov eks-deputatın qayınatasıdır.

Qeyd edək ki, yanğın ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib.

Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev yanğından mühafizə olunub.

Sona Əliyeva
Sona Əliyeva