Yasamal avtoyuma məntəqəsənin sanitar qovşağı həyətə baxır – ŞİKAYƏT – VİDEO

Yasamal avtoyuma məntəqəsənin sanitar qovşağı həyətə baxır – ŞİKAYƏT – VİDEO

Bu binanın sakinləri həyətlərinə yaxın yerdəki sanitar qovşağından narazıdır.

NOCOMMENT.az xəbər verir ki, söhbət Yasamal rayonu, Şəhriyar küçəsindəki beşmərtəbədən gedir. Onlar deyir ki, binada problem təkəcə bu da deyil, həyətə giriş-çıxış da məhdudlaşıb.

Sakinlər deyir ki, həyətdəki bir çox problem öz həllini tapmadığı kimi, sanitar qovşağı məsələsi də başqa çətinlik yaradır, çünki ora gəlib gedənin sayı hesabı bəlli deyil.

Sözügedən obyektin sahibini yerində tapa bilməsək də telefon əlaqəsi yaratdıq.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.