Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti görüşə çıxacaq.
NOCOMMENT.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv saat 21:00-da 1/4 finalda Almaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.








