ABŞ Silahlı Qüvvələri Yaxın Şərqdəki hərbi gərginliyin artması fonunda İrana məxsus hərbi hədəflərə hava zərbələri endirib. ABŞ ordusu regiondakı naviqasiya təhlükəsizliyini təmin etmək məqsədilə strateji nöqtələri vurub.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi "X" sosial şəbəkə hesabında əməliyyatla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ qüvvələri tərəfindən İranın Goruk və Qeşm adalarında yerləşən radar obyektlərinə dəqiq zərbələr endirilib.
CENTCOM rəsmiləri bu obyektlərin regional təhlükəsizliyə, xüsusilə Hörmüz boğazı və ətraf sulardakı gəmilərin hərəkətinə birbaşa təhdid yaratdığını əsas gətirərək hədəf seçildiyini vurğulayıblar. Hücum nəticəsində radarlara dəyən ziyanın miqyası barədə hələlik ətraflı məlumat verilməyib.
Sara,
NOCOMMENT.az








