Yayda bu dərmanlardan istifadə təhükəlidir

Yayda bu dərmanlardan istifadə təhükəlidir

Yay fəslində bəzi dərmanlardan istifadə etmək riskli ola bilər.

NOCOMMENT.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, bəzi dərmanların əks təsirləri yay mövsümündə özünü dsha çox büruzə verir. Bura qan təzyiqini aşağı salan bəzi dərmanlar, antidepresantlar, aspirin və ağrıkəsicilər aiddir.

Eləcə də bəzi antibiotiklər və antifungallar bədənin günəşə qarşı həssaslığını artırır və dərinin yanmasına səbəb ola bilər.

Dərman preparatlarını qəbul etmə qaydalarını həkim müəyyənləşdirir. Həkim necə yazıbsa, dərmanı da elə qəbul etmək lazımdır.

Digər məsələlərdə xüsusi bir problem yoxdur. Mütəmadi dərman qəbul edən xəstələr – ürək-damar xəstəlikləri olanlar, şəkərli diabet, təzyiq xəstələri dərmanlarını vaxtı-vaxtında qəbul etməlidirlər.

Bəzi dərman maddələri soyuq zəncirdə qalmalıdır, sərin yerdə saxlanılmalıdır. Hava çox isti olduqda soyuducunun qapısında saxlanıla bilər.

Yəni dərman vasitələrinin saxlanma şərtləri havanın temperaturu ilə bağlıdır. Hər bir dərmanın üzərində onun hansı temperaturda saxlanması ilə bağlı tövsiyə qeyd olunur. Saxlanma şəraiti ən mühüm şərtdir.