Bir müddətdir ki, Yeni Ramanı qəsəbəsinin ikinci yaşayış massivində yaşayış dözülməz hala gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya həmin ərazidə yaşayan Abasət Əliyev bildirib.
Onun sözlərinə görə, kanalizasiya xəttinin yararsız vəziyyətə düşməsi ilə əraziyə çirkab sular axır. “Yağıntı olanda vəziyyət daha dözülməz olur. Üfunət iyindən evdə otura bilmirik. Bura epidemiya mənbəyidir”, deyə Abasət Əliyev bildirib.
Vətəndaşın sözlərinə görə, bir müddətdir ki, bu problem davam edir. Müvafiq qurumlar problemin həlli istiqamətində heç bir iş görmür.
“Əvvəl çirkab sular yola axırdı. Sonradan üzünü çevirdilər bizim əraziyə tərəf. Görünür səlahiyyətli şəxslərin bunu görməməsi üçün belə ediblər”, vətəndaş əlavə edib.












