Yol polisi nömrəsiz maşın sürən qazilərə qarşı reydlərə başladı – FOTO

Yol polisi nömrəsiz maşın sürən qazilərə qarşı reydlərə başladı – FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrrul Xidməti Alayının Xüsusi Taqımının əməkdaşları avtomobili nömrəsiz idarə edən qazilərlə proflaktiki söhbət aparıb.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, 50 CO 817 dövlət nömrə nişanlı “NAZ Lifan” avtomobilinin sürücüsü Həmid Lazım oğlu Həşimov və 99 SH 767 dövlət nömrə nişanlı “VAZ Priora” avtomobilinin sürücüsü Raif İsgəndər oğlu Məmmədov saxlanılıblar. Yol polisi əməkdaşları qazilərlə proflaktiki söhbətlər aparıb, onlara qanunun tələblərinə tabe olmağın vacibliyi bildirilib. Qeyd olunub ki, Vətən müharibəsi qazilərinə daim diqqət və qayğı var, lakin avtomobili nömrəsiz idarə etmək yolverilməzdir.

Söhbət zamanı qazilər də bu hərəkətin səhv olduğunu anladıqlarını ifadə ediblər. Daha sonra dövlət nömrə nişanları avtomobillərin üzərinə vurulub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, bu cür qayda pozuntularına yol verməsinlər.