Zaqatala rayonunda dağlıq ərazidə yanğın başlayıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.
Yanğının söndürülməsi üçün Zaqatala rayon dövlət yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğın davam edir.












