Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edilib

Zaqatalada yanğının söndürülməsinə helikopterlər cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.