Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Zirə qəsəbəsi sahilində təmizlik aksiyası keçirilib.
NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, nazirliyin, diplomatik korpusun, səfirliyin nümayəndələri, Nargis jurnalının əməkdaşları və 30-a yaxın könüllü iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Ümumrespublika Təmizlik Marafonu “Təmiz ölkəm” devizi altında artıq hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edir: “Bu gün isə Zirə qəsəbəsində aksiyanı keçirdik və 1,5 hektar ərazidən 500 kiloqrama yaxın məişət tullantıları topladıq”.












