Şotlandiyada ilk dəfə müsəlman Regional İdarənin başçısı seçildibackend

Şotlandiyada ilk dəfə müsəlman Regional İdarənin başçısı seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə və Sosial Xidmətlər Naziri Həmzə Yusif Şotlandiya Regional Hökumətinin Baş naziri seçilib.

NOCOMMENT.az xəbər verir ki, ilk dəfədir ki, müsəlman Şotlandiya Regional Hökumətinin Baş naziri seçilir.

Şotlandiya Regional Baş Naziri və Şotlandiya Milli Partiyasının (SNP) sədri Nikola Sturgeon həm baş nazir, həm də partiya lideri vəzifəsindən istefa verdikdən sonra liderlik yarışında Pakistan əsilli müsəlman Həmzə Yusuf qalib gəlib.

SNP üzvlərinin 13 martda başlayan və 14 gün davam edən səsvermədən sonra 26 min 32 səslə qalib gələn Yusuf partiyanın yeni lideri oldu.

Şotlandiyanın Qlazqo şəhərində anadan olan Pakistan əsilli 37 yaşlı Həmzə Yusifin sabah Şotlandiya Muxtar Parlamentinin Holyrood şəhərində keçiriləcək səsvermədən sonra Şotlandiyanın regional baş naziri elan ediləcəyi gözlənilir.

NOCOMMENT.AZ