Şoyqu erməni həmkarı ilə Qarabağdan danışdıbackend

Şoyqu erməni həmkarı ilə Qarabağdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb və danışıqlar aparıb

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Qeyd olunur ki, nazirlər digər məsələlərlə yanaşı, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı da müzakirə aparıblar.

“Əvvəlkitək biz də sizin kimi əminik ki, əsas sabitləşdirici amil bütün təmas xətti boyunca atəşkəsdir”, – deyə Rusiya hərbi idarəsinin rəisi danışıqlar zamanı bildirib.

Şoyqu həmçinin erməni tərəfdaşına “Beynəlxalq Ordu Oyunları”nın və “Ordu-2022” beynəlxalq hərbi-texniki konfransının açılışında iştirakına, eləcə də Moskva Beynəlxalq Təhlükəsizlik Konfransındakı fəaliyyətinə görə təşəkkür edib.

Öz növbəsində, Papikyan qeyd edib ki, onlar ilin əvvəlindən bəri ikinci dəfədir görüşürlər və bu, ikitərəfli Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir.

“Bu görüş bizim üçün çox vacibdir. Biz Ermənistan-Rusiya əməkdaşlığının əldə edilmiş səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu yüksək qiymətləndiririk”, – deyə Ermənistanın müdafiə naziri bildirib.