Space TV Azərbaycan televiziyası üçün böyük ləkədirbackend

Space TV Azərbaycan televiziyası üçün böyük ləkədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Kamran Həsənli “Popumuz var” verilişində qonaq olub.

NOCOMMENT xəbər verir ki, sənətçi proqram zamanı Space TV-nin rəhbəri Vaqif Mustafayevi sərt tənqid edib:

“Oğurluğu bilmirəm, rüşvət almağı bacarmıram. O vaxt televiziya gələn kimi “Sizin Saat” proqramı partladı. Son 5 ildə televiziyamız elə hala düşüb ki, oradan qaçmaq lazımdır və mən də qaçdım. Bizə atalar öyrədib ki, ər arvadından danışmaz, giley etməz. Bu bizim mənəvi, ənənəvi onurğa sütunumuzdur. Bunu dağıdan millətin düşmənidir. 2006-cı ildə Azərbaycanda televiziyalara rüşvət, korrupsiya və yalançı reytinq girdi. Bizim insanlarımız televiziyalarımıza nifrət edirlər. Mənə deyirlər ki, tamaşaçı intellektual verilişə baxmır. Dedim ki, çıxacam “Youtube”da videolar qoyacam, siz də görəcəksiniz. Televiziyada dəyişiklər görmürəm. Dekorativ dəyişikliklər var, mahiyyət yox. Kanalı yandıran kimi görürsən ki, həmin telekanaldır. Bayağılıq və tərbiyəsizliyin azalması dəyişiklik deyil. Bir millət öz televiziyasına nifrət edirsə, bu, faciədir. Mənim hər gün “Space” TV ilə savaşım olub. Onlar reytinqin nə olduğunu başa düşmürlər. Məni televiziyaya buraxmırlar. Kanallarda dekorativ dəyişikliklər olur, başqa heç nə!

2000-2005-ci illərdə efirdə özüm olurdum. Eldar Namazov, Etibar Babayev rəhbərim olub. Bir dəfə deməyiblər ki, niyə bu mövzunu efirdə müzakirəyə çıxarmısan? Amma Vaqif Mustafayev deyirdi ki, belə edəcəksiniz! Gördüyünüz “Space” TV Vaqif Mustafayevin düşüncəsidir. Uzun fasilədən sonra yenidən kanala qayıtdım. “Onda başladıq” proqramı var idi. Brilliant Dadaşovadan tutmuş Qənirə Paşayevayadək hər kəs-kanalın arzusunda olan insanlar qonaq olurdu. Veriliş başlayandan sonra millət vəkili Aqil Abbas məni yığıb dedi ki, əla verilişdir, amma bağlayacaqlar. Üç həftə keçəndən sonra bağladılar. Dekorasiya üçün cibimdən pul vermişdim. Vaqif Mustafayev dedi ki, verilişdə rəqs olmalıdır. Cazdan belə danışmağa qoymurdular. Onun caza və Vaqif Mustafazadəyə nifrəti var.

O elə bilir ki, indiyədək əhali hind filminə baxır. O televiziya təkcə Azərbaycan xalqı üçün yox, kanallar üçün böyük ləkədir. Belə televiziya ola bilməz”.