“Starlink” peyk interneti argentinalılar üçün əlçatan olubbackend

“Starlink” peyk interneti argentinalılar üçün əlçatan olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “SpaceX” şirkətinin “Starlink” peyk interneti Argentinada işə salınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS “SpaceX”-in məlumatlarına istinadən məlumat yayıb.

“Starlink indi Argentinada mövcuddur, Cənubi Amerikada yeddinci, insanların yüksək sürətli, aşağı gecikmə ilə internetə çıxış əldə edə bildiyi dünyada isə 72-ci ölkəyə çevrilir”, – məlumatda bildirilir.

Starlink qlobal peyk rabitə sistemi layihəsidir. Onun sistemi aşağı Yer orbitində çəkisi 500 kq-a qədər olan çoxlu sayda kiçik cihazları yerləşdirməklə bütün dünya üzrə istifadəçilərin internetə çıxışını təmin etmək üçün nəzərdə tutulub.