Suallar gözləniləndən çətin çıxdı – Təhsil ekspertibackend

Suallar gözləniləndən çətin çıxdı – Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ölkə üzrə məktəblərdə 11 illik tam orta təhsil səviyyəsində imtahan keçirilib.

NOCOMMENT.az xəbər verir ki, imtahanın keçirilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Təhsil eksperti Ramin Nurəliyev öz hesabında imtahan suallarının gözləniləndən daha çətin olduğunu bildirib.

“Müəllimlərin və abituriyentlərin ilkin rəyi:

Azərbaycan dili fənni üzrə qrammatika sualları 3-cu qrup səviyyəsində salınıb, mətnlər böyük və vaxt aparan olub. Son iki ilə nisbətən çətin düşüb.

Riyaziyyat sualları orta ağırlıqda olub. Xüsusilə də, son 5-6 sual çətin və vaxt aparan olub.

İngilis dili sualları kecən ilkinə nisbətən bir az çətin səviyyədə düşüb.

Rus bölməsi, rus dili və ingilis dili asan, riyaziyyat çətin olub.

Ümumi olaraq ilkin şərh kimi keçən ilki buraxılış imtahanından çətin olduğu bildirilir.

Dövlət İmtahan Mərkəzinin sualları çətin salmaqda məqsədini anlamaq olmur, çox təəssüf…”, – ekspert qeyd edib.

Sara

NOCOMMENT.az