Sudan Suverenlik Şurasının sədri bayramın ilk günündə “birtərəfli” atəşkəs elan etdibackend

Sudan Suverenlik Şurasının sədri bayramın ilk günündə “birtərəfli” atəşkəs elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan Qurban bayramının ilk günündə “birtərəfli” atəşkəs elan edib.

NOCOMMENT.az xəbər verir ki, Bayram üçün Sudan dövlət televiziyasında xalqa müraciət edən Burhan, “Bütün dünya Xartum, Ubeyd, Zalince, Nyala və Junayne hadisələrində etnik təmizləmə və soyqırım cinayəti ola biləcək hadisələrin şahididir”deyə açıqlama verib.

Silahlı qüvvələrin bu “xain sui-qəsd”ə qarşı üzərinə düşən vəzifələri yerinə yetirdiyini bildirən Burhan, Silahlı Qüvvələrə verdiyi dəstəyə görə Sudan xalqına təşəkkür edib.

Burhan 15 apreldən bəri ordu ilə qarşıdurmada olan Çevik Dəstək Qüvvələrinin (HDK) komandanı Muhammed Hamdan Dağalunun “Sudanlıların qalıqları və kəllələri üzərində öz krallığını qurmaq istədiyini” bildirərək “Biz yerin üstündə olduğumuz müddətcə bu olmayacaq” deyə qeyd edib.

NOCOMMENT.AZ