Sülh müqaviləsi ilə bağlı yeni təkliflər almışıq – Mirzoyanbackend

Sülh müqaviləsi ilə bağlı yeni təkliflər almışıq – Mirzoyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlinə səfəri çərçivəsində Almaniya XİN başçısı Annalena Berbokla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

“Bugünlərdə Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər alıb. İrəvan onları nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl də tərəflər arasında sülh müqaviləsi ilə bağlı qarşılıqlı təkliflər mübadiləsi baş tutmuşdu.