Ermənistanın daxili siyasi xaosu və seçkiönü gərginliyi fonunda səs-küylü cinayət işinin pərdəsi açılıb. Gümrü şəhərinin rusiyayönümlü keçmiş meri Vardan Qukasyana qarşı olduqca ağır ittiham irəli sürülüb.
NOCOMMENT.az xəbər verir ki, Ermənistan hüquq-mühafizə orqanları sabiq merə qarşı dövlət çevrilişinə cəhd maddəsi üzrə iş başladıb.
Rəsmi ittiham aktına əsasən, Vardan Qukasyan Ermənistanda hakimiyyəti qanunsuz yollarla qəsb etməyə hazırlıqda günahlandırılır. İstintaq materiallarında onun ölkədəki mövcud siyasi hakimiyyəti devirmək və idarəetməni ələ keçirmək məqsədilə gizli planlar qurduğu, müvafiq strukturlar formalaşdırmağa çalışdığı iddia edilir.
Qeyd edək ki, Moskvanın İrəvandakı maraqlarına yaxınlığı ilə tanınan və regional siyasi proseslərdə aktiv rol oynayan Qukasyanın bu fəaliyyəti ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilib. Hazırda cinayət işi üzrə genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sara,
NOCOMMENT.az











