Sumqayıtda bıçaqlanma faktı qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Xəzər bağları adlanan ərazisində baş verib.
İlkin məlumatlara əsasən, iki nəfər arasında yaranan mübahisə zamanı tərəflərdən biri digərinə kəsici-deşici alətlə xəsarət yetirib.
Yaralanan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi müdaxilə olunub, vəziyyətinin stabilləşdirildiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.













