Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb. Hadisə şəhər ərazisində yerləşən futbol meydançalarının birində baş verib.
NOCOMMENT.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ətrafdakı şəxslərin ilkin yardım göstərməsinə və səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Gəncin qəfil ölümünün dəqiq səbəbləri ekspertizadan sonra bəlli olacaq.
Sara,
NOCOMMENT.az










