Suqovuşanda polis əməkdaşı qəzaya düşübbackend

Suqovuşanda polis əməkdaşı qəzaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” avtomobilinin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.